İsrail üç dəfə İrana hücum etmək istəyib

İsrail 2010, 2011, 2012-ci illərdə İrana hücum etmək istəyib, lakin son dəqiqədə hücum təxirə salınmışdır. İsrailin keçmiş müdafiə naziri Ehud Barakın İsrail-İran münasibətlərinə dair səs qeydləri İsrailin televiziya kanallarından birində səsləndirilmişdir. Ehud Barakın tərcümeyi-halını yazan müəllifə dediyinə görə, hər üç dəfə qərar baş nazir Netanyahu tərəfindən bəyənilmişdir. Lakin bir dəfə əməliyyat planında dəyişiklik edilmiş, iki dəfə isə nazirlərin ikisi son dəqiqədə hücum planına qarşı çıxmışdır. Məlumat Amerikanın “The New York Times” qəzetində də çıxmışdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*