İqtidar polisi, polis iqtidarı qoruyur! Müstəntiq qovuldu, polis rəisinə töhmət

Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə cinayət işi başlanılıb və istintaq aparılır.

Müəyyən edilib ki, həmin orqanın cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub.

Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib. Eyni zamanda tabelikdəkilərin xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyi üçün Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ələsgər Bədəlova şiddətli töhmət elan olunub. Yalnız şiddətli töhmət? Bərəkallah!

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, baş vermiş hadisələrlə əlaqədar istintaqın gedişi Azərbaycan Respublikası prezidentinin nəzarətindədir və mütəmadi məruzə olunur.

Prezidentin nəzarətinə verilibsə, deməli Mingəçevir üsyanı hakimiyyəti bərk qorxudub!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*