Mingəçevirdə gərginlik artır

daxili

 

Virtualaz.org saytının Mingəçevirdəki mənbələrdən əldə etdiyi məlumata görə, şəhərdə gərginlik getdikcə artır. Yüzlərlə adam adam etiraza qalxıb.İğtişaşların qarşısını almaq üçün şəhərə Daxili Qoşun bölmələri yeridilib. Xeyli sayda aksiyaçı həbs olunub. Son məlumatlara görə, şəhərin bütün mərkəzi küçələri bağlanıb. Şəhər polis idarəsinin və icra hakimiyyətinin binaları polis tərəfindən ciddi qorunur.Polis idarəsinin qarşısına yürüş edənlər “Qardaşımızın qanı yerdə qalmayacaq”, “Qanını yerdə qoymayacağıq” şüarları səsləndiriblər. Aksiyaçılarla qarşıdurmada polis səs bombalarından istifadə edib. Son məlumata görə, 15-dən artıq aksiyaçı həbs edilib. Amma aksiya iştirakçılarının sayı artmaqda davam edir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*