Yağışdan çıxıb yağmura düşmək belə olur: Almaniyada azərbaycanlı mühacirlərin yerləşdiyi binada yanğın

 

Virtualaz.org saytı xəbər verir ki, hadisə Bavariya əyalətinin Noyştad-Valdnabe rayonunun eyni adlı inzibati mərkəzində baş verib. Rayonun polis nümayəndəsinin bildirdiyinə görə, naməlum şəxslər Azərbaycandan olan 19 qaçqının, o cümlədən 3 azyaşlının yerləşdirildiyi sığınacağa od vurub.Qəsəbə meri Rupert Troppman bildirib ki, o, hadisədən şoka düşüb. “Mən şokdayam, bu, olduqca dəhşətli hadisədir”-mer deyib.Merin bildirdiyinə görə, 5500 nəfər əhalisi olan bu kiçik şəhərdə ksenofobiyaya yer ola bilməz. Hadisənin arxasında kimlərin dayandığı məlum deyil. Mer bildirib ki, bu haqda nəsə deməyə çətinlik çəkir.

Qeyd edək ki, Almaniyaya qaçqın axını artdığı üçün ölkənin müxtəlif yerlərində miqrantlara və siyasi sığınacaq axtaranlara qarşı tez-tez hücumlar baş verir. Vəziyyət ciddidir. Qaçqınlara hücumların arxasında təkcə sağ meyilli ifrat qruplarla yanaşı, miqrant düşərgələrinin yerləşdiyi qəsəbə və şəhərlərin yerli sakinləri də vardır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*