Jurnalist: “Cavid Hüseynov bu faciədə zərərçəkən tərəflərdən biridir”? Maşallah…

Musavat.com“un məlumatına görə, avropa.info xəbər portalının direktoru Ruslan Bəşirli müraciətdə adının keçməsinə belə reaksiya verib: “Futbolçu Cavid Hüseynovla bağlı edilən müraciətdə anlaşılmazlıq nəticəsində mənim də adım gedib. Bir çox saytlar mənim adımı artıq o siyahıdan çıxarıblar. Qalanlardan da xahiş edirəm adımı çıxarsınlar. Yenə də deyirəm, bu bir anlaşılmazlıq olub”.

Dünya İnformasiya Agentliyinin (dia.az) baş redaaktoru Məhəmməd Ərsoy isə müraciətdən xəbərdar olduğunu deyib:
“Təbii ki, biz də həmkarımızın başına gələn faciədən üzülürük… Amma bu işdə Cavid Hüseynova qarşı ictimaiyyətin köklənməsini doğru hesab etmirik. Hər kəs yaxşı bilir ki, Cavid Hüseynov bir şəhid övladı olaraq vətəninə, millətinə bağlı adam olub və onun öz millətindən olan kiməsə qarşı hansısa formada – ölümünə belə düşmən ola biləcəyini güman etmək doğru deyil. Bir faciə baş verib. Və buna görə günahkarlar cavab verəcək. Cavid Hüseynov isə bu faciədə zərərçəkən tərəflərdən biridir… Allah şeytana lənət eləsin… ” (Şərhə ehtiyac yoxdur!)

Deputat Aqil Abbas isə avqustun 18-də verdiyi açıqlamada bu müraciəti dəstəklədiyini və təsisçisi olduğu media orqanının adından qol çəkməyə razı olduğunu bildirib: “Mən Cavid Hüseynovu həbsdə görmək istəmirəm. O, xalqa lazımdır. Razıyam, əgər günahı sübut olunsa, 10 il iş versinlər. Hələ istintaq gedir. Onun da Rasim Əliyev kimi ev-eşiyi yanıb, dağılıb. Vaxtilə erməni bir tərəfdən yandırıb, indi də bir tərəfdən yanır”.

A.Abbas avqustun 19-da təsisçisi olduğu adalet.az saytına açıqlamasında isə tamam fərqli mövqeyini dəyişib. Qeyd edib ki, belə bir müraciətə imza atmayıb: “Mənə futbolçu Cavid Hüseynovla bağlı müraciət olundu. Mən də onlara bildirdim ki, müraciətinizi aparın ”Ədalət” qəzetinə təqdim edin. Məsləhət bilsələr çap edərlər”.

Bunları tanıyın! Cavid Hüseynova görə prezidentə müraciət edən “qəhrəmanların” siyahısı:

“Ədalət” qəzetinin təsisçisi, millət vəkili – Aqil Abbas

“Futbol+” qəzetinin baş redaktoru – Mahir Rüstəmli

“Türküstan” qəzetinin baş redaktoru – Aqil Camal

“Gündəm Xəbər” qəzetinin baş redaktoru – Şirin Cəfəri

“Gün” qəzetinin baş redaktoru – Fikrət Fərhadoğlu

Poliqon İnformasi Agentliyinin baş redaktoru – Azər Qaramanlı

Avropa.info saytının baş redaktoru – Ruslan Bəşirli

Savash.org saytının baş redaktoru – Zülfüqar Savaş

Dünya İnformasiya Agentliyinin baş redaktoru – Məhəmməd Ərsoy

Moderator.az saytının baş redaktoru – Zülfüqar Hüseynzadə

Bölgə Xəbər internet televiziyasının təsisçisi – Vasif Turan

Tərəf.info saytının baş redaktoru – Nurəddin Xoca

Gündəminfo.az saytının baş redaktoru Razi Abbasbəyli

İdeologiya.az saytının baş redaktoru – Teylor Fətişoğlu

Xalqxeber.az saytının baş redaktoru – Peyman Sadıqlı

Dosye.org saytının baş redaktoru – Elman Nigaran

Cumhuriyyet.az saytının baş redaktoru – Nəsimi Şərəfxanlı

Şərəf lövhəsi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*