Misir Türkiyəni ittiham edir

Misir Türkiyəni Sina yarımadasında fəaliyyət göstərən İŞİD terrorçularına yardım etməkdə ittiham edir

Amerikanın “Vaşinqton Tayms” qəzetinin dərc etdiyi xəbərə görə, Misir hökumət rəsmiləri ANkaranın Sina yarımadasında fəaliyyət göstərən İŞİD terrorçularına kömək etdiyini iddia etmişdir. Türkiyənin “Radikal” qəzei “Vaşinqton Post”a istinadən yazır ki, Sina yarımadasında hökumətə qarşı terror hücumlarına baş vuran “Ənsar Beyt əl Məkdis” İŞİD-ın bir qoludur. Misir xarici işlər nazirliyinin bir rəsmisi Türkiyənin bu qrupa yardım etdiyinə dair əllərində sübut olduğunu bildirib. Bununla yanaşı, həmən iddiaya əsasən, Ankara “İhvanü’l-Müslimin-Müsəlman Qardaşlar hərəkatını və Hamas təşkilatını himayə edir. Misirdə çıxan hökumətpərəst Əl Tahrir qəzeti guya Türkiyənin Milli İstihbarat Təşkilatı üçün işləyən və Sina yarımadasında ələ keçirilən dörd nəfər İŞİD üzvünün ad və fotoşəkillərini yulun 23-də dərc etmişdi. Qəzet iddia edirdi ki, dörd nəfərdən biri Türkiyə vətəndaşıdır. Misirin xarici işlər naziri Sameh Şükrü Türkiyənin İŞİD-la əlaqələrinə dair əldə etdikləri məlumatları ABŞ hökumətinə çatdırıblar. “Vaşinqton Tayms” qəzeti gileylənir ki, Türkiyə ilə Misir arasında düşmənçilik prezident Obamanın İŞİD-la daha səmərəli mübarizəsinə mane olur.

Rəsmi Ankara bu iddialara hələ cavab verməyib.