“Ədalət” zəfər çalır: Şərif Əsədullayevin adam bıçaqlayan oğlu sərbəstdir

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, Hacı Allahşükür Paşazadənin bacısı oğludur general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın verdiyi xəbərə görə, cinayət Məcəlləsinin 126-cı maddəsi ilə təqsirləndirilən Tamerlan Əsədullayev məhkəmə zalından sərbəst buraxılıb. Tamerlan Əsədullayev barəsində 3 il şərti cəza təyin olunub.

Qeyd edək ki, Tamerlan Əsədullayev bu ilin aprel ayında Yasamal rayonunda, Nəriman Nərimanovun heykəli olan ərazidə yerləşən restoranların birində keyf edərkən bir neçə nəfərlə mübahisə edib. Mübahisə davaya çevrilib və Tameraln bala bir nəfəri bıçaqlayıb. Onunla bağlı Yasamal rayon məhkəməsinin müvafiq qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Aralar sakitləşən kimi oğul balanı məhkəmə salonundan evə yola salıblar…Bura Azərbaycandır!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*