Jurnalist Rasim Əliyev “Facebook”dakı statusu üzündən döyülərək öldürülüb

Jurnalist Rasim Əliyev “Facebook”dakı statusu üzündən döyülərək öldürülüb. Jurnalistin bacısı Gülnarə Əliyeva bildirib ki, Rasim avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Jurnalist dünən “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən hədələndiyini və döyüldüyünü iddia etmişdi.

“Qabırğalarım sınıb və sol qulağım eşitmir”

Avqustun 8-də reportyor Rasim Əliyev döyülüb. O, “Qəbələ” futbol klubunun oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü deyir. Nəticədə jurnalist 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Bu barədə Rasim Əliyevin özü Meydan TV-yə məlumat verib.

Rasim Əliyevin sözlərinə görə, Facebook səhifəsində futbolçu Cavid Hüseynov haqqında yazdığı tənqidi statusundan sonra futbolçunun qohumları ona hədə-qorxu gəliblər. Bundan sonra Cavid Hüseynov zəng edib, amma mülayim danışıb və etdiyi hərəkətin səbəbini başa salıb. Amma qohumlarının hirsi soyumayıb: “Mənə zəng etdilər ki, bəs Cavidlə danışdıq, amma gəl görüşüb çay içək, razılaşdım. Bayılda görüşəndə düşdülər üstümə, 7-8 nəfər idi. Döyərkən telefonumu da sındırdılar. Hazırda xəstəxanadayam. Qabırğalarım sınıb və sol qulağım eşitmir”.

Jurnalistin döyülməsinə səbəb onun Cavid Hüseynovun kiprli jurnalistə qarşı hərəkətini “facebook” səhifəsində tənqid etməsi göstərilib.

Cavid Hüseynov özü Qafqazinfo.az saytına açıqlama verib. O, məsələyə belə aydınlıq gətirib:

“”Facebook”da kiprli jurnalistin mәnә ünvanladığı suala verdiyim cavabı qeyri-etik jest kimi bir nәfәr paylaşmışdı. Mәn orda iki yumruğumu bir-birinә vurmuşdum. Amma o yazmışdı ki, guya mәn bir әli açıq şәkildә o biri әlimdә yumruğuma vurub әdәbsiz cavab vermişәm. Bu, belә deyil.

Mәn dә onu gördüm vә hәmin adama zәng vurdum . Dedim ki, mәnә tәrbiyәsiz deyirsәnsә, gәl mәnim mәktәbimdәn, yaşadığım yerdәn tәrbiyәmi öyrәn. Gör necә adamam…”  Aydınlıq gətirmək budur?

rasimcavid

Təfərrüat

Rasim Əliyev Cavid Hüseynovun hərəkətini şərh edərkən yazıb ki, «belə tərbiyəsiz və özünü apara bilməyən futbolçunun» ölkəni Avropada təmsil etməsini istəməzdi.

Əliyevin sözlərinə görə, status yazılandan sonra səhifəsinə təhqiredici şərhlər yazılıb. Şənbə günü özünü Hüseynovun bibisi oğlu kimi təqdim edən bir nəfər onu təhqir edib və hədələyib.

«Sonra Cavid Hüseynov özü zəng etdi. Normal söhbətimiz oldu. Dedi ki, onun jestini düzgün anlamayıblar. O, Azərbaycanla Türkiyənin dost ölkələr olduğunu demək istəyirdi. Bu barədə də facebook səhifəmdə yazdım. Sonra özünü Hüseynovun bibisi oğlu kimi təqdim edən şəxs yenə zəng etdi və o da normal tonda danışdı və barışıq üçün çay içməyə dəvət etdi. Dedim ki, ehtiyac yoxdur, israr etdi. Dedim ki, Bayıldayam və onlar gəldilər. Mən tək idim, onlar isə 5-6 nəfər idi. Dərhal hücum edib döyməyə başladılar. Mobil telefonum düşdü və onu götürüb qaçdılar. “Təcili yardım”a müraciət etdim və məni 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirdilər. Hazırda burdayam», – deyə Əliyev Turan müxbirinə bildirib.

Jurnalistin sözlərinə görə, qabırğaları sınıb və sol qulağı eşitmir. Jurnalist DİN-ə şikayət etmək niyyətindədir.

Rasim Əliyev ölkənin ictimai-siyasi həyatı ilə bağlı foto və videoreportajları ilə məşhurdur. «Qəbələ» FK Gilan Holding-ə bağlıdır. Klubun prezidenti Tale Heydərov FHN rəhbəri Kəmalədddin Heydərovun oğludur.

Allah rəhmət eləsin. Bu məmləkətdə günahkar tapılmaz. Bu məmləkətdə qanun pullu və arxalıların əlində oyuncaqdır…