Mirzə Xəzər: Barak Obama ilə Bibi Netanyahu arasında “müharibə”ni kim udacaq?

netanyahuobamanatan

İsrailin baş naziri Bibi Netanyahu İran ilə Qərb arasında bağlanan saziş üzündən prezident Barak Obamaya “müharibə” elan edib. Deyir ki, yəhudi lobbisi anlaşmaya qarşı birləşməli və Konqres bu sazişi rədd etməlidir. Obama Netanyahunu müharibəyə susamış siyasətçi adlandırır və cavab verir ki, Netanyahu şadlığına şitlik etməsin. İndi nə olacaq? Heç nə. Don Kixot rolunu ifa edən Netanyahu uduzacaq. Konqres “şiddətli” müzakirələrdən sonra səs çoxluğu ilə İran sövdəsini təsvib edəcək. Don Kixot İsraildə nüfuzdan düşəcək, seçicilərini itirəcək. Növbəti seçkilərdə seçilə bilmyəcək:)  (c) Mirzə Xəzər​