Mirzə Xəzər: Müharibəyə davam. Türkiyə yeni seçkiyə və prezidentlik sisteminə doğru gedir

ardog5

Rəcəb Tayyib Ərdoğan qələbəyə yolunu hamarlayır. Sayın başkan nəhayət istədiyinə nail oldu. Çinə səfəri əsnasında jurnalistlərlə söhbəti zamanı prezidentin söylədiklərini şərh edək: hərbi hücumların və həbs dalğasının əsl hədəfi İŞİD deyil, PKK və HDP-dir; PKK-yə qarşı müharibə davam edəcək; “çözüm sürəci”- kürdlərlə sülh və barış prosesi bərpa edilməyəcək; kürdlərin “Xalqların Demokratik Partiyası” (HDP) qadağan ediləcək, rəsmən qadağan edilməsə də liderləri və fəalları həbs ediləcək və partiya elə zəiflədiləcək ki, növbəti seçkidə AKP-yə rəqib ola bilməyəcək; oktyabr ayında HDP-siz erkən seçki keçiriləcək və Ərdoğan-AKP ittifaqı səslərin, eləcə də HDP-yə verilmiş səslərin mütləq əksəriyyətini alıb parlamenti nəzarətinə alacaq və təkbaşına hökümət quracaq; AKP hökuməti Türkiyədə bütün hakimiyyəti əlində cəmləşdirən prezident (avtokrat) üsul-idarəsi yaradacaq; Rəcəb Tayyib Ərdoğan tək və mütləq hakim kimi daimi hakimiyyətini sürməyə başlayacaq; 17 dekabr rüşvət rüsvayçılığı arxivdə basdırılacaq. Bütün dünya Ərdoğanı qınayacaq. Amma göydən üç alma düşəcək və hamısı mahir siyasət ustası sayın Ərdoğana çatacaq. Bəs Türkiyə? Türkiyəyə alma qalmayacaq…(c) Mirzə Xəzər

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*