Xoşbəxt günlər gəlir! Xəzərin sahilindəki villalar söküləcək, hasarlar yıxılacaq və Novxanı camaatı nəhayət Xəzərin suyunu görəcək

salman3

Səudiyyə kralı Salmanın fransız Riviyerasında öz villasına bitişik sahil ərazisini yerli sakinlərin üzünə qapatması etirazlara səbəb olmuşdur. Kralın dəniz sahilini “özəlləşdirməsi”nə qarşı tərtiblənən petisiyaya 100 min adam qol çəkmişdir. Qəsəbənin meri Mişel Saluki prezident Fransua Olanda etiraz məktubunda qeyd edir ki, böyük qonağın gəlişi mühüm hadisədir, amma istər kral, istərsə də vətəndaş – qanun qarşısında hamı bərabərdir. Mübahisə hələ davam edir. Heç şübhə etmirik ki, Fransa hökuməti öz vətəndaşlarının hüquqlarına hörmətsizlik etsin. Fransa Azərbaycan deyil…

Ərköyün fransızlar! Sahilin balaca hissəsinin üç həftə müddətinə bağlanmasına dözmürsünüz, baxın görün Abşeronun acınacaqlı vəziyyətə salınmış yerli sakinləri neçə illərdir öz doğma torpağında Xəzərin üzünə həsrət qalıblar. Gəlin baxın görün Azərbaycanı bu acgöz mağara feodalları neçə yerə parçalayıblar. Azərbaycanda qanunlar yalnız klandan kənarda qalan arxasızlar üçün yazılıb, hakim klan və onun feodalları üçün qanun yoxdur. Azərbaycanda qanunu tanımayanlar qanuna hökm edirlər…

Mirzə Xəzər
26.07.2015

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*