Yəmən: “Ənsar Allah” hərəkatı haqqında qısa məlumat

badri

Hüseyn Bədrəddin əl-Husi

Səudiyyə Ərəbistanı və onun Körfəz müttəfiqləri böyük hay-küy qaldırsalar da, onların Yəmən ərazisinə girib orada Ənsar Allah şiə qoşunlarına qarşı Yəmən ərazisində açıq müharibəyə başlayacağına inanmaq çətindir. Səudiyyə krallığı və Körfəz əmirlikləri Yəmənə müdaxilə nəticəsində ixtilafın Ərəb yarımadasına yayılmasına səbəb olacağını bilir və belə riskə getməzlər. Digər tərəfdən isə Körfəz ərəblərinin əl-Husi hərəkatı mənsublarını asanlıqla məğlub etməsi real görünmür.
Yəmənin sünni hökumətinə qarşı vuruşan Ənsar Allah (Allahın qulları, müdafiəçiləri) hərəkatı haqqında qısa məlumat:

Yəməndə hökumətə qarşı qiyam qaldıran Husi hərəkatının əsl adı “Ənsar Allah”-dır. Ənsar Allah hərəkatı 2004-cü ildə hökumətə qarşı üsyana rəhbərlik edən və Yəmən ordusu tərəfindən öldürülən Hüseyn Bədrəddin əl-Husinin adını daşıyır. Öz ailəsi ilə birlikdə uzun illər İranın Qum şəhərində yaşamışdır. Hazırda hərəkatın siyasi və dini rəhbəri Şeyx Seyid Əbdul-Malik al-Husi Bədrəddin əl-Husinin kiçik qardaşıdır.

malik

Şeyx Seyid Əbdul-Malik al-Husi

2014-2015-ci illərdə Əbdül Malik əl-Husinin rəhbərliyi altında Ənsar Allah hərəkatı dövlət çevrilişinə nail oldu və sünni hökumətini devirdi. Hərəkatın əsas məqsədi Yəməndə Seyidi şiə təriqətinə qarşı ayrı-seçkiliyə və Səudiyyə Ərəbistanı tərəfindən himayə edilən və maliyyələşdirilən sələfilərə qarşı mübarizə aparmaq və Zeydi təriqətinin əvvəlki hakim mövqeyini bərpa etməkdir. Ənsar Allah şiəliyin Zeydi (Seyidi-Səidi) təriqətinə məxsusdur. Təriqətin adı Həzrəti Hüseyn ibn Əlinin nəvəsi Zeyd (Seyid-Səid) ibn Əlinin adından irəli gəlir. Zeyd (Seyid) ibn Əli 740-cı ildə Əməvi sülaləsinə qarşı qaldırdığı üsyan zamanı şəhid olmuşdur. Bu səbəbdən ona həmçinin “Seyid-əş-Şəhid” (Şəhid Seyid) də deyilir. Yəməndə müsəlmanların 35-40 faizi Zeydi (Seyidi) təriqətinə mənsubdur. Zeydilər şiəliyin ən qədim qoludur və Səfəvi sülaləsindən qabaq ən iri şiə qrupu olmuşdur.

Houthis_Logo
“Ənsar Allah”ın bayrağı

Üstündə yazılanlar:

Allahu Əkbər!
Amerikaya ölüm!
İsrailə ölüm!
Yəhudilərə lənət!
Qələbə İslamındır!

Mirzə Xəzər

27.03.2015

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*